"Qalatasaray" və "Beşiktaş" komandaları arasında keçiriləcək Türkiyə Superkuboku matçını idarə edəcək hakim müəyyənləşib.
NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma Atilla Karaoğlana tapşırılıb.
Avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. "Beşiktaş" isə ölkə kubokuna sahib çıxıb.