Paris-2024: Azərbaycan cüdoçusu 1/4 final məğlub olub, təsəlliverici görüşə qatılacaq

A- A A+

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

NUHÇIXAN-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: