"Zirə" və "Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər müəyyənləşib.
NUHÇIXAN-ın məlumatına görə, "Zirə"nin Xorvatiyada yerli "Osiyek" klubuna qarşı ilk matçında yunanıstanlı Aristotelis Diamantopoulos iş başında olacaq.
Tərəflər arasındakı "Dalğa Arena"dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.
İrlandiyada "Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşma islandiyalı Vilhjalmur Thorarinssona tapşırılıb. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan ədaləti qoruyacaq.
Qeyd edək ki, bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.