Parisdə keçirilən Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub.
NUHÇIXAN xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mariya Fon Kerkov Cenevrədə keçirdiyi brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, dünyada COVID-19-a yoluxanların sayı durmadan artır.
"Son aylar ərzində mövsümdən asılı olmayaraq bir çox ölkələrdə COVID-19-a yoluxma hallarında artım qeydə alınıb. Həmçinin Olimpiya Oyunlarında ən azı 40 idmançının testi müsbət çıxıb”, - ÜST rəsmisi əlavə edib.