Bu gün Çempionlar Liqasının oyununu idarə etməli olan hakimlər Polşada saxlanılıb

A- A A+

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Reyncers" matçının hakimləri Polşada saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, buna səbəb onların xuliqanlıq etməsi olub.

Bunlar VAR hakimi Bartoş Frankovski və AVAR hakimi Tomaş Musialdır.

Onlar spirtli içki qəbul etdikdən sonra yol nəqliyyat nişanını yerindən çıxardıqları üçün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, UEFA görüşə yeni VAR və AVAR hakimləri təyin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: