İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi yeni stadionun inşasından sonra ev oyunlarını keçirdiyi "Old Trafford"un tutumunu 30 min nəfərə endirməyi planlaşdırır.
NUHÇIXAN "The Guardian"a istinadən xəbər verir ki, stadion klubun akademiyasının qadın və gənclərdən ibarət komandalarının oyunlarının keçirildiyi məkana çevriləcək.
Hazırda “Old Trafford” 76212 azarkeş tutumuna malikdir.
Yeni arenanın tikintisinin 6 ilə yekunlaşacağı və layihənin ilkin dəyərinin 2,4 milyard avro təşkil edəcəyi gözlənilir.
Mançester təmsilçisi üçün inşa ediləcək idman obyektinin 100 min tamaşaçı tutumuna malik olacağı bildirilir.