Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
NUHÇIXAN-ın məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.
Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.
Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb
Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.