Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb

A- A A+

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

NUHÇIXAN-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Q.Maqomedov görüş zamanı ayağından сiddi zədə alıb. Ayağını yerə basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: