Türkiyənin “Trabzonspor” komandası Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
NUHÇIXAN xəbər verir ki, “bordo-mavililər” səfərdə “Rapid”in (Avstriya, Vyana) qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Türkiyədə keçiriləcək.
Qeyd edək ki, “Trabzonspor” bu raundu keçərsə, pley-off mərhələsində “Braqa” (Portuqaliya) - “Servett” (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.