Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvilinin rəqibi müəyyənləşib.
NUHÇIXAN-ın məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı bürünc medal uğrunda Polşa təmsilçisi Robert Baranla üz-üzə gələcək.
Bürünc medal görüşləri bu gün Bakı vaxtı ilə 20:15-də başlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.