Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
NUHÇIXAN-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparıb.
Görüşdə H.Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub. Buna baxmayaraq Hacı medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.