Naxçıvan şəhər tam orta məktəblərinin komandalarının basketbol yarışı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhəri 3№-li tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib.

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak edib. Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən, Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilən yarışın yekununa əsasən 10 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 17 nömrəli tam orta məktəbin komandası II yerə, 3 və 1 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər.

Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları, Uşaq-Gənclər İdman Məktəbinin isə hədiyyələri təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: