Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.
NUHÇIXAN-ın məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da G.Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.