Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
NUHÇIXAN-ın məlumatına görə, mərasimdə ölkəmizin bayrağını taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova daşıyacaq.
Qeyd edək ki, Q.Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb. Z.Hümmətovanın yer aldığı Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə 5-ci pilləni tutmaqla indiyəqədərki ən yüksək nəticəyə imza atıb. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.