Şərur məktəbliləri şahmat üzrə yarışda güclərini sınayıblar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Şahmat Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə Şahmat Məktəbində yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Birincilikdə 23 məktəbdən 46 şagird iştirak edib. Yekun nəticəyə əsasən, 10 yaş qrupunda Düdəngə kənd tam orta məktəbinin şagirdi Turab Əsgərov qalib olub. Vərməziyar kənd tam orta məktəbinin şagirdi Sinan Rzayev və Siyaqut kənd tam orta məktəbinin şagirdi Kənan Əliyev ikinci və üçüncülüklə kifayətləniblər. 8 yaş qrupunda isə Şərur şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Kənan Babayev hamıdan güclü olub. Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: