Çempionlar Liqası: "Qarabağ" bu gün səfərdə "Ludoqorets"lə qarşılaşacaq

A- A A+

"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

22:00. “Ludoqorets” - “Qarabağ”

Baş hakim: Simon Sozza.

"Ludoqorets Arena".

İlk oyun: 2:1.

Qeyd edək ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: