"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

A- A A+

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

NUHÇIXAN xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın "Lill" kollektivi ilə qarşılaşan İstanbul komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.

Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan "sarı-lacıvərdlilər" qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, Jose Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: