Culfada şahmatın tempo növü üzrə yarış təşkil olunub

A- A A+

NUHÇIXAN  xəbər verir ki, Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rayon bölməsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində şahmatın inkişaf etdirilməsi məqsədi ilə uşaq və yeniyetmələr arasında tempo növü üzrə rayon birinciliyinə start verilib. Yarış olimpiya sistemi ilə keçirilməklə (7 tur) iki gün davam edəcək. Bir neçə iştirakçının xalları bərabər olduqda müvafiq olaraq Buxqolts əmsalı nəzərə alınacaq. Birincilikdə 54 oğlan və qız şahmatçı iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: