Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub

A- A A+

Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun tarixinə düşüb.

NUHÇIXAN-ın məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ən çox titul qazanan oyunçu adına sahib çıxıb.

O, son olaraq ötən gün komanda ilə UEFA Superkubokunu qazanıb. Bu Modriçin "Kral klubu"nda 27-ci tituludur.

İkinci sırada Dani Karvahal və Naço Fernandes (hər ikisi 26 titul) qərarlaşıb. İlk "üç-lüy"ü "Real"ın keçmiş futbolçuları Kərim Benzema ilə Marselo (hər ikisi 25) tamamlayır.

Qeyd edək ki, "Real" tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanmaqla rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarının beş belə mükafatı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: