Türkiyə Superliqasının III turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" görüşləri təxirə salınıb.
Buna "Qalatasaray" (Çempionlar Liqası), "Trabzonspor" və "Başakşehir"in (hər ikisi Konfrans Liqası) avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub.
Avropa Liqasında yer alan "Beşiktaş" isə təqvimə əsasən III turda meydana çıxmayacaq.
Qeyd edək ki, Superliqada III turun oyunları növbəti həftəsonu baş tutacaq.