Türkiyənin “Beşiktaş” klubu Superliqada 6 ildən sonra ilkə imza atıb.
NUHÇIXAN xəbər verir ki, “qara qartallar” buna çempionatın ardıcıl ilk iki matçında qalib gəlməklə nail olublar.
İstanbul təmsilçisi ilk turda “Samsunspor”u səfərdə 2:0, ikinci turda isə “Antalyaspor”u evdə 4:2 hesabı ilə məğlub edib.
Komanda bu nəticə ilə turnir cədvəlində xallarının sayını 6-ya çatdırıb.
“Beşiktaş” bunu sonuncu dəfə 2018/2019-cu illər mövsümündə baş məşqçi Şenol Günəşin rəhbərliyi altında reallaşdırıb.