UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Kiprdə "Omoniya" ilə üz-üzə gələcək "Zirə"nin səfər planı bəlli olub.
Bakı klubunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, komanda bu gün, saat 16:30-da çarter reysi ilə Larnaka şəhərinə yollanacaq.
"Zirə" oradan isə Nikosiyaya gedəcək. Avqustun 21-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra gerçəkləşəcək.