İngiltərənin "Lester" klubunun hücumçusu Ceymi Vardi rekorda imza atıb.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, o, 30 yaşından sonra vurduğu qolların sayını 103-ə çatdırıb.
Bu göstəriciyə görə 37 yaşlı futbolçu keçmiş hücumçu Yan Raytı 10 top qabaqlayaraq İngiltərə futbolu tarixində birincidir.
Qeyd edək ki, C.Vardi Premyer Liqadakı qollarının ümumilikdə 75 %-ni 30 yaşından sonra vurub.