Bu gün "Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.
NUHÇIXAN-ın məlumatına görə, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gələcək.
İsveçin Uddevalla şəhərində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.