Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

A- A A+

Qadın voleybolçular arasında Avropa çempionatının təşkilatçıları yarışın təqvimini açıqlayıblar.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan millisi “C” qrupunda Xorvatiya, Niderland, Macarıstan, Rumıniya və Estoniya yığmaları ilə birgə mübarizə aparacaq.

Voleybolçularımız ilk oyunu avqustun 23-də Xorvatiya komandasına qarşı keçirəcəklər. Millimiz avqustun 25-də Niderland, ertəsi gün Macarıstan, iki gün sonra Estoniya və ayın 29-da isə Rumıniya ilə qarşılaşacaq. Bu qrupun oyunları Macarıstanda təşkil olunacaq.

Qrupda ilk dörd yeri tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar.

Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq.

Qeyd edək ki, 2017-ci il Avropa çempionatına Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: