Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə başlayır

A- A A+

Bu gün Türkiyənin “Qalatasaray” komandası Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq.

NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı almaniyalı FIFA referisi Daniel Siebert idarə edəcək.

“Qalatasaray”ın heyətində Kaan Ayhan cəza, Davinson Sançez zədə, Barış Alper Yılmaz isə qida zəhərlənməsi səbəbindən qarşılaşmada forma geyinməyəcəklər.

Komandalar arasında cavab oyunu avqustun 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: