"Bavariya" klubunun qapıçısı Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurub.
NUHÇIXAN-ın məlumatına görə, 38 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabından paylaşım edib.
O, yığmanın formasını geyinməyi çox sevdiyini yazıb.
Qeyd edək ki, 2009-cu ildən Almaniya millisinin formasını geyinən Noyer 2014-cü ildə komanda ilə dünya çempionu olub.