AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə məğlub olan İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt UEFA-da çalışacaq.
NUHÇIXAN "Mirror"a istinadən xəbər verir ki, mütəxəssis qurumun Texniki Müşahidəçilər Komitəsinin daimi üzvü olmağa razılaşıb.
Texniki müşahidəçilər yeni tendensiyaları sınamaq və aşkar etmək üçün oyunları təhlil edirlər. Onlara müşahidələr aparmağa kömək məqsədilə ən müasir vizuallaşdırma alətlərinə və məlumatlara çıxış imkanı verilir.
Qeyd edək ki, Q.Sautqeyt daha əvvəl də UEFA ilə əməkdaşlıq edib. Mütəxəssis AVRO-2024-ün final matçından sonra İngiltərə millisindəki vəzifəsindən istefa vermişdi.