İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin birinci gününün yarışlarına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yarışların ikinci günündə Rüstəm Orucov (73 kq) Özbəkistan təmsilçisi Uluqbek Otamurodov və israilli cüdoçu Din Yakov Gemerlə qüvvəsini sınayacaq. Hidayət Heydərov (73 kq) isə Jorge Fernandes (Portuqaliya) və Ciovanni Espozito (İtaliya) ilə mübarizə aparacaq. Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fatiyev Avstraliya idmançısı Eoin Couqlan ilə üz-üzə gələcək.