XXI əsrdə meydana çıxdığı oyunlara görə ən yaxşı qol ortalamasına malik futbolçular açıqlanıb

A- A A+

İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Holann XXI əsrdə meydana çıxdığı matçlarda ən yaxşı qol ortalamasına malik futbolçudur.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "PopFoot" nəşri "X" hesabında paylaşım edib.

24 yaşlı forvardın orta göstərici 0,82-yə bərabərdir. Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi ikinci (0,78), Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çıxış edən Kriştianu Ronaldu üçüncü olub.

1. Erlinq Holann - 0,82 (315 oyunda 257 qol)

2. Lionel Messi - 0,78 (838/1069)

3. Kriştianu Ronaldu - 0,73 (897/1233)

4. Kilian Mbappe - 0,72 (332/462)

5. Robert Levandovski - 0,70 (654/928)

6. Harri Keyn - 0,63 (407/644)

7. Neymar - 0,61 (440/719)

8. Ruud Van Nistelroy - 0,60 (227/463)

9. Luis Suares - 0,60 (576/968)

10. Zlatan İbrahimoviç - 0,58 (567/980)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: