Çempionlar Liqası: “Sankt-Pölten” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

A- A A+

Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

NUHÇIXAN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüş Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Matçın baş hakimi Yelena Kumer olacaq. Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.

Qarşılaşma sentyabrın 4-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: