Almaniya millisinin sabiq futbolçusu İlkay Gündoğan karyerasını yenidən İngiltərə təmsilçisi "Mançester Siti"də davam etdirəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İlkay Gündoğan 2016-2023-cü illər aralığında "Mançester Siti"nin formasını geyinib. O, son olaraq İspaniyada "Barselona"da çıxış edib.