Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yoxlama yarışlarının cədvəlini elan edib.
NUHÇIXAN xəbər verir ki, yoxlama yarışları Oyunların keçiriləcəyi idman obyektlərində təşkilati işləri, o cümlədən yarışların gedişini və tamaşaçıların müşayiət olunmasını yoxlamaq məqsədilə təşkil ediləcək. Gələn ilin mayınadək 56 belə yarışın təşkili nəzərdə tutulur.
Hazırda təşkilat komitəsi 51 yoxlama yarışının cədvəlini elan edib. Həmçinin qeyd edilir ki, Beynəlxalq Olimpiya Komitəsi boks üzrə beynəlxalq təşkilatların fəaliyyətini dayandırıb.
Cədvələ əsasən açıq havada təşkil ediləcək yarışlar iyun-sentyabr aylarında keçirilməlidir. Buraya çimərlik voleybolu, qolf, həmçinin Olimpiya proqramına yeni salınan dağadırmanma kimi idman növləri daxildir. Təşkilat komitəsi, eyni zamanda, yayın istisinin idmançılara təsirini də araşdırmaq niyyətindədir.