Vinisius Junior Səudiyyə Ərəbistanından gələn təklif barədə düşünmək üçün vaxt istəyib

A- A A+

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanından gələn illik 350 milyon avroluq təklif barədə düşünmək üçün mövsümün sonuna qədər vaxt istəyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

24 yaşlı braziliyalı futbolçunun nümayəndələri Madrid klubunun rəhbərliyinə hazırkı müqavilənin müddətini uzatmaqda maraqlı olmadığını bildirib.

Qeyd edək ki, futbolçunun İspaniya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. La Liqa klubunun rəhbərliyi futbolçunun sərbəst qalma məbləğini 1 milyard avro olaraq müəyyənləşdirib. "Transfermarkt" portalı futbolçunu 180 milyon avro dəyərində qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: