Məşhur baş məşqçi vəfat edib

A- A A+

İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.

NUHÇIXAN xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, “Roma”, “Fiorentina” (hər ikisi İtaliya), “Mançester Siti” (İngiltərə) klublarını, İngiltərə, Meksika millilərini çalışdırmış Sven-Yoran Eriksson bu ilin yanvarında mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini və ən yaxşı halda bir il ömrünün qaldığını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: