Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçiriləcək yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edəcək.
Yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.
4-7 sentyabr 2024-cü il tarixlərində təşkil olunacaq birinciliyə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edəcək.