Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son olaraq Almaniyanın “Auqsburq” komandasında çıxış edən Feliks Uduokhai transfer edilib. Almaniya vətəndaşı olan 26 yaşlı müdafiəçi 2024/2025 mövsümünün sonunadək icarəyə götürülüb. "Ağ-qaralar" mövsümün sonunda oyunçunu almaq hüququna malikdir.
Qeyd edək ki, Feliks Uduokhai 2020-ci ildən Bundesliqa klubunun formasını geyinib.