Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu fransalı futbolçu Kinqsli Komanın keçidi üçün Almaniya təmsilçisi "Bavariya" ilə anlaşıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
28 yaşlı vinger hələlik Ər-Riyad klubu ilə müqavilə şərtlərini razılaşdırmayıb. O, İngiltərə Premyer Liqasında çıxış edən komandalardan təklif almaq istədiyi üçün gözləmə mövqeyindədir.
Koman Münhen təmsilçisinin yeni baş məşqçisi Vensan Kompaninin planlarına daxil deyil.
Qeyd edək ki, Kinqsli Koman 2017-ci ildən "Bavariya"da çıxış edir.