UEFA Çempionlar Liqasının əsas mərhələsində istifadə olunacaq topları təqdim edib - FOTOLAR

A- A A+

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib.

NUHÇIXAN qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Adidas” şirkətinin istehsal etdiyi yeni toplar klassik görünüşə malikdir.

Lakin toplar yenilənmiş texnologiya ilə dizayn edilib. Yeni dizaynda 2019-cu ildən bəri təqdim olunan toplardan fərqli ofset naxışı deyil, daha çox ulduz formalarına üstünlük verilib.

Yeni top qrafik dizaynla yanaşı, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdir. Bu texnologiya bir sıra külək tunellərində və meydanlarda da ciddi şəkildə sınaqdan keçirilib, tamamilə yenilənib.

Qeyd edək ki, toplar Çempionlar Liqasının həm kişilər, həm də qadınlar arasında keçiriləcək oyunlarında istifadə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: