"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

A- A A+

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: