Fransanın PSJ klubu “Zenit”dən heyətinə qatdığı yarımmüdafiəçi Leandro Peredesin transfer qiymətini açıqlayıb.
NUHÇIXAN fransız klubunun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı oyunçu 40 milyon avro müqabilində PSJ-yə keçəcək. Həmçinin “Zenit” gələcəkdə futbolçunun nailiyyətlərinə görə, 5 milyon avronu bonus şəkilində əldə edə bilər.
Yanvarın 26-da futbolçu “Zenit”in təlim-məşq toplanışı keçdiyi Qətərdə həkim müayinəsindən keçdikdən sonra ictimaiyyətə təqdim olunacaq. Paytaxt təmsilçisi futbolçu ilə 5 illik müqavilə bağlamağı nəzərdə tutub.
Qeyd edək ki, Peredes 2017-ci ildən “Zenit” klubunun şərəfin qoruyub. Cari mövsüm argentinalı 15 oyunda meydana çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.