Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.
O, öz qrupunda 5-ci olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyindən finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.