2024/2025 mövsümü başlamazdan əvvəl altı niderlandlı futbol hakimi məcburi fiziki hazırlıq testlərindən keçə bilməyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
Bunlar Riçard Martens, Yohem Kampays, Pol van Bukel, Sərdar Gözübüyük, Şon Şukrul və Yerun Manshotdur.
Manshot daha sonra sınaqdan uğurla keçib. Van Bukel, Gözübüyük və Şukrul zədələniblər.