"Liverpul" İtaliya klubunun futbolçusunu transfer edib

A- A A+

İngiltərənin "Liverpul" klubu İtaliya təmsilçisi "Yuventus"dan Federiko Kyezanı transfer edib.

NUHÇIXAN Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayıb.

Müqavilənin detalları barədə ətraflı məlumat verilməyib. "Transfermarkt" portalı futbolçunun qiymətini 35 milyon avro olaraq göstərib.

Qeyd edək ki, 2022-ci ildən İtaliya klubunun formasını geyinən F.Kyeza bu komandanın heyətində meydana çıxdığı 51 matçda 7 dəfə fərqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: