"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.
NUHÇIXAN-ın məlumatına görə, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.
Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca isə səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar "Styaua" (Rumıniya) ilə Bakıda, "Elfsborq"la İsveçdə gerçəkləşəcək.