İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"dən Ceydon Sançonu icarəyə götürüb.
NUHÇIXAN "Sky Sports"a istinadən xəbər verir ki, hücumçusu transfer pəncərəsinin son günündə London klubuna keçib.
24 yaşlı futbolçu müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə 2024/2025 mövsümünü məcburi satınalma şərti ilə icarə əsasında "Çelsi" klubunda keçirəcək.
Qeyd edək ki, 24 yaşlı ön xətt oyunçusu 2021-ci ildə 85 milyon avroya "Mançester Yunayted"ə transfer olunub. O, Mançester təmsilçisinin heyətində keçirdiyi 83 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) komandasında keçirib.