Naxçıvan cüdoçuları Türkiyədəki turnirdə 2 qızıl, 4 gümüş medal qazanıblar - FOTOLAR
Naxçıvan cüdoçuları Türkiyənin Samsun şəhərində keçirilən “XX Uluslararası Karadeniz Judo Şampiyonası” beynəlxalq turnirində 2 qızıl və 4 gümüş medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, avqustun 30-dan sentyabrın 1-dək davam edən yarışda ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstandan ümumilikdə 700-dən çox idmançı qatılıb
Komandamız ümumi sıralamada üçüncü olub.
Naxçıvan Güləş Federasiyasının tərkibindəki cüdo yığmasının baş məşqçisi Orxan Quliyev və məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyi altında 10 idmançımız turnirdə iştirak edib. Onlardan 6-sı mükafatçılar sırasına düşüb.
Ziya Əsədli (26 kq) və Bilal Quliyev (30 kq) 13 yaşadək cüdoçular arasın mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Ayaz Əliyevlə (30 kq) Pərvin İsmayılov (34 kq) həmin yaş kateqoriyaslnda ikinci olublar. 15 yaşadək cüdoçular arasında çıxış edən Mətin Salahovla Sərxan Allahverdiyev də yarışı gümüş medalla tamamlayıblar.