“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayır

A- A A+

Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

NUHÇIXAN xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Tsxaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Çempionlar yolunun II qrupunda baş tutacaq oyunun qalibi “Vlajniya” (Albaniya) - “Lançxuti” (Gürcüstan) cütünün güclüsü ilə finalda üz-üzə gələcək. Məğlub komandalar isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: