İspaniyanın "Barselona" klubu yarımmüdafiəçi Fermin Lopesin sağalma müddətini açıqlayıb.
NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın gənclərdən ibarət millisinin üzvü olan 21 yaşlı yarımmüdafiəçi budunun ön hissəsindəki əzələ zədələnməsi səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək.
O, ümumilikdə La Liqada “Jirona” və "Vilyarreal", Çempionlar Liqasında isə “Monako” ilə oyunları buraxacaq.
Qeyd edək ki, F.Lopes Paris-2024-də çempion olan İspaniya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.