Dövlət Proqramı Naxçıvan idmanına mühüm töhfələr bəxş edəcək - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetininin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlunata görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq açıq hava idman qurğuları əhalinin istifadəsinə veriləcəkdir. Belə ki, ilkin mərhələdə ilkin mərhələdə Naxçıvan şəhəri (4 yer), sonra Şərur, Ordubad, Sədərək və Kəngərli rayonları (hərəsində 1 yer) üzrə uyğun yerlərin seçilməsi, layihələndirilməsi və qurğuların ilkin qiymətləndirilməsi prosesi yekunlaşıb. Dövlət Proqramına uyğun olaraq satınalma proseduru başladılıb və qalib şirkətlə bağlanmış müqavilə əsasında 12 müxtəlif funksiyalı açıq hava tipli idman aləti alınıb. Alətlərin təhvil-təslimi, quraşdırma xidmətinin satınalınması prosesləri yekunladışdıqdan sonra ən son mərhələdə quraşdırma işi icra olunacaq. 

Məlumat üçün bildirək ki, sözügedən idman qurğuları ilin sonunadək əhalinin istifadəsinə veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: